Ağlımız kəsməsə, yaşımız çatmasa belə biz tarix yazmırıq. Qanımızla, canımızla onu yaşayırıq. Hər il anım günündə məzarlarına sığal çəkən çiçəklər kimi, kədərimiz yenə təzə, hikkəmiz isə yenə tərdir.
Sanki üzərindən keçən 31-ci yanvar deyil, birinci yanvardır. Birinci.
Bilirsiniz, bu həyatda birinci olmaq nə deməkdir?
İz açmaq, çığır açmaq sonu qürurla bitən, fəqət əvvəli məşəqqətlə başlayan bir hekayənin qəhrəmanı olmaq deməkdir. Tale isə hər kəsə qəhrəmanlıq nümunəsi nəsib eləmir. Çünki seçilmiş olmalısan. Çünki təmiz olmalısan. Çünki müqəddəs olmalısan. Çünki möhürlənmiş olmalısan. Yəni taleyin və tarixin sevdiyi, eyni zamanda qəbul etdiyi adam olmalısan.
Bir sözlə, onlar təkcə birinci deyildilər. Onlar bir inci idilər. Elə bir inci ki, Vətən, Dövlət əsrlər sonra onlarla parlayacaqdı. Və dünyamız aydınlığa çıxacaqdı. Aydınlığa çıxmaqsa gecəyə qalib gəlmək demək idi. Bu hər parıltıya-işığa nəsib ola bilməzdi.
Bilrmisinizsə deyim, gecə işığa ac doğulur və onu - gecəni həmin ana qədər doyurmaq mümkün olmur. Bu dəfə isə hər şey və ya hər nəsnə fərqli olmuşdu. Sonu görünməyən uzun bir zamandan sonra ona, yəni gecəyə qalib gəlmişdilər. Bu şanlı qalibiyyətin ismi 146 nəfərdən çox, hekayəsi isə cəmi bir idi.
20 Yanvar 1990-cı il müsəlman şərqinin yenidən parlayan günəşi Azərbaycanı dərin hörmət və sonsuz sevgi ilə anırq!
Fuad Cəfərli