20 Yanvar 2021 14:54
662
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq bir ilə yaxındır dünyanı cənginə alan COVID-19 infeksiyası təhlükəsinin minimallaşdırılması məqsədilə Bakı metropolitenində də sərnişindaşıma fəaliyyəti zamanla dayandırılıb. Növbəti dəfə belə bir qərar oktyabr ayının 19-da verilib və metropolitenin sərnişinsiz günləri davam edir.

Teleqraf.com xəbər verir ki, bu səbəbdən “20 Yanvar” stansiyası 31 illik tarixdə ilk dəfə şəhid xatirəsinin ovqatına köklənməyib.

Lakin metropoliten bugünkü anım mərasimlərindən kənar qalmayıb. Bu dəfə qatarlardan matəm fiti “Nərimanov” elektrik deposunun yollarında yayılıb. QSC rəhbərliyi və kollektivin nümayəndələri burada Vətənə fəda etmiş bütün şəhidlərimizin ruhunu birdəqiqəlik sükutla yad ediblər.

Depoda metropolitençi şəhidlərin xatirəsinə ucaldılmış abidə ziyarət olunub.


Müəllif: Aysel Azad