29 Yanvar 2021 16:01
1 017
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli 617-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2017-ci il 16 iyun tarixli 1459 nömrəli, “Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi Qaydası”nın və “www.azexport.az” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2017-ci il 12 sentyabr tarixli 1598 nömrəli, “İncəsənət xadimləri üçün Azərbaycan Respublikası Prezidentinin mükafatı haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında” 2017-ci il 28 oktyabr tarixli 1642 nömrəli, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 887-VQ nömrəli Qanununun tətbiqi barədə” 2017-ci il 29 dekabr tarixli 1774 nömrəli və “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1006-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2018-ci il 5 aprel tarixli 1914 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Teleqraf.com fərmanın mətnini təqdim edir:

1. “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli 617-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1459 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 6, maddə 1075) 3-cü hissəsində “Mədəniyyət və Turizm Nazirliyi” sözləri “Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1598 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 9, maddə 1645; 2019, № 6, maddə 1031) ilə təsdiq edilmiş “www.azexport.az” internet portalı haqqında Əsasnamə”nin 4.2.4-cü yarımbəndindən “və Turizm” sözləri çıxarılsın.

3. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 28 oktyabr tarixli 1642 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 10, maddə 1809; 2019, № 5, maddə 830) ilə təsdiq edilmiş “İncəsənət xadimləri üçün Azərbaycan Respublikası Prezidentinin mükafatı haqqında Əsasnamə”nin 6-cı və 7-ci hissələrindən “və Turizm” sözləri çıxarılsın.

4. “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 887-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 dekabr tarixli 1774 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (I kitab), maddə 2341; 2018, № 7 (I kitab), maddə 1447) 2.2-ci bəndindən “və Turizm” sözləri çıxarılsın.

5. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1006-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 aprel tarixli 1914 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 4, maddə 665) 3.4-cü bəndindən “və Turizm” sözləri çıxarılsın.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” 2017-ci il 15 may tarixli 1388 nömrəli, “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Kolumbiya Respublikasının Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Sazişin təsdiq edilməsi haqqında” 2017-ci il 7 avqust tarixli 1577 nömrəli, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Sazişin təsdiq edilməsi haqqında” 2017-ci il 29 noyabr tarixli 1694 nömrəli və “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Türkmənistanın Turizm üzrə Dövlət Komitəsi arasında turizm sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə” 2017-ci il 29 noyabr tarixli 1698 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. “Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 may tarixli 1388 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 792) 2-ci hissəsindən “və Turizm” sözləri çıxarılsın.

2. “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Kolumbiya Respublikasının Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Sazişin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 7 avqust tarixli 1577 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 8, maddə 1524) 2-ci hissəsindən “və Turizm” sözləri çıxarılsın.

3. “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Sazişin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1694 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2033) 2-ci hissəsindən “və Turizm” sözləri çıxarılsın.

4. “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Türkmənistanın Turizm üzrə Dövlət Komitəsi arasında turizm sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1698 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2037) 2-ci hissəsində “Mədəniyyət və Turizm Nazirliyi” sözləri “Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz edilsin.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” 2016-cı il 29 mart tarixli 1932 nömrəli, “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 1 sentyabr tarixli 2295 nömrəli, “Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 20 fevral tarixli 2677 nömrəli, “Bakı Prosesi”nin 10-cu ildönümünün qeyd edilməsi haqqında” 2017-ci il 17 noyabr tarixli 3392 nömrəli, “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2017-ci il 27 noyabr tarixli 3406 nömrəli və “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018–2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 28 fevral tarixli 3722 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamda deyilir:

1. “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 mart tarixli 1932 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 3, maddə 572) aşağıdakı dəyişikliklər edilsin:

1.1. adından, preambuladan, 1-ci hissədən (hər üç halda), 2-ci hissədən və 3-cü hissədən (hər dörd halda) “və Turizm” sözləri çıxarılsın;

1.2. 2.1 – 2.15-ci bəndlərdən “və Turizm” və “və turizm” sözləri çıxarılsın.

2. “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 sentyabr tarixli 2295 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 9, maddə 1492; 2017, № 4, maddə 603; 2018, № 9, maddə 1840, № 12 (II kitab), maddə 2698) 3.3-cü, 3.5-ci, 3.6-cı bəndlərində və 4-cü hissəsində ismin müvafiq hallarında “Mədəniyyət və Turizm Nazirliyi” sözləri ismin müvafiq hallarında “Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz edilsin.

3. “Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 20 fevral tarixli 2677 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 254; 2018, № 8, maddə 1678) 6-cı hissəsində “Mədəniyyət və Turizm Nazirliyi” sözləri “Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz edilsin.

4. “Bakı Prosesi”nin 10-cu ildönümünün qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 noyabr tarixli 3392 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2101) 2-ci hissəsindən “və Turizm ” sözləri çıxarılsın.

5. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 27 noyabr tarixli 3406 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2115; 2018, № 11, maddə 2287; 2019, № 5, maddə 909) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın 8.5.2-ci yarımbəndinin “İcraçılar” sütunundan “və Turizm” sözləri çıxarılsın.

6. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 fevral tarixli 3722 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 2, maddə 325, № 12 (I kitab), maddə 2601) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018–2022-ci illər üçün Dövlət Proqramı”nın 7.1.2-ci, 7.1.6-cı, 7.1.8-ci, 7.1.9-cu, 7.2.12-ci, 7.4.1-ci və 7.4.2-ci yarımbəndlərinin “İcraçılar” sütunundan “və Turizm” sözləri çıxarılsın.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan teatrı 2009–2019-cu illərdə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2009-cu il 18 may tarixli 277 nömrəli, “Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi tədbirlər planı”nın təsdiq edilməsi haqqında” 2009-cu il 22 may tarixli 292 nömrəli, “2009-cu il fevralın 26-da Havana şəhərində imzalanmış “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Kuba Respublikasının Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” 2009-cu il 24 iyun tarixli 338 nömrəli, “2009-cu il mayın 5-də Minsk şəhərində imzalanmış “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Belarus Respublikasının İnformasiya Nazirliyi arasında nəşriyyat və informasiya sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” 2009-cu il 24 iyun tarixli 342 nömrəli və “2009-cu il mayın 18-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Kuba Respublikasının Mədəniyyət Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” 2009-cu il 24 iyun tarixli 344 nömrəli sərəncamlarında dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

1. “Azərbaycan teatrı 2009–2019-cu illərdə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 18 may tarixli 277 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 5, maddə 358; 2011, № 2, maddə 85) 2-ci hissəsindən və həmin Sərəncamla təsdiq edilmiş “Azərbaycan teatrı 2009–2019-cu illərdə” Dövlət Proqramı”nın 1.3-cü bəndindən, 2.11-ci və 2.13-cü bəndlərinin “İcraçılar” sütunundan “və Turizm” sözləri çıxarılsın.

2. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 22 may tarixli 292 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 5, maddə 373; 2014, № 5, maddə 477, № 9, maddə 1027) ilə təsdiq edilmiş “Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi tədbirlər planı”nın 1.3-cü bəndinin “İcraçı təşkilatlar” sütunundan “və Turizm” sözləri çıxarılsın.

3. “2009-cu il fevralın 26-da Havana şəhərində imzalanmış “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Kuba Respublikasının Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında saziş”in təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 338 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 6, maddə 463) 2-ci hissəsində “Mədəniyyət və Turizm Nazirliyinə” sözləri “Dövlət Turizm Agentliyinə” sözləri ilə əvəz edilsin.

4. “2009-cu il mayın 5-də Minsk şəhərində imzalanmış “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Belarus Respublikasının İnformasiya Nazirliyi arasında nəşriyyat və informasiya sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 342 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 6, maddə 467) 2-ci hissəsindən “və Turizm” sözləri çıxarılsın.

5. “2009-cu il mayın 18-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Kuba Respublikasının Mədəniyyət Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 344 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 6, maddə 469) 2-ci hissəsindən “və Turizm” sözləri çıxarılsın.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013–2018-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə” 2013-cü il 24 iyun tarixli 2966 nömrəli, “Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi haqqında” 2014-cü il 14 fevral tarixli 273 nömrəli, “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Macarıstanın Milli İqtisadiyyat Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə” 2014-cü il 29 dekabr tarixli 966 nömrəli, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” 2015-ci il 19 yanvar tarixli 995 nömrəli, “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Bolqarıstan Respublikasının Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Protokolun təsdiq edilməsi haqqında” 2015-ci il 22 may tarixli 1243 nömrəli və “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2015-ci il 10 sentyabr tarixli 1401 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamda deyilir:

1. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 6, maddə 704; 2014, № 9, maddə 1027; 2016, № 2 (II kitab), maddə 334, № 9, maddə 1470; 2017, № 3, maddə 353, № 8, maddə 1521; 2019, № 2, maddə 256) ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013–2018-ci illər üçün Dövlət Proqramı”nın 4.4.30-cu və 4.4.32-ci yarımbəndlərinin “İcraçı orqanlar” sütunundan “və Turizm” sözləri çıxarılsın.

2. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 fevral tarixli 273 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 2, maddə 161; 2020 № 8, maddə 1064) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın 6-cı hissəsinin beşinci abzasından “və Turizm” sözləri çıxarılsın.

3. “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Macarıstanın Milli İqtisadiyyat Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 29 dekabr tarixli 966 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 12, maddə 1640) 2-ci hissəsində “Mədəniyyət və Turizm Nazirliyi” sözləri “Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 yanvar tarixli 995 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 1, maddə 39; 2016, № 8, maddə 1384, № 9, maddə 1470; 2017, № 5, maddə 802, № 8, maddə 1521; 2019, № 3, maddə 443, № 5, maddə 899, № 11, maddə 1719; 2020, 2020-ci il, № 8, maddə 1064) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın 1.3-cü bəndinin “İcraçılar” sütunundan “və Turizm” sözləri çıxarılsın.

5. “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Bolqarıstan Respublikasının Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Protokolun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 1243 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 5, maddə 601) 2-ci hissəsində “Mədəniyyət və Turizm Nazirliyi” sözləri “Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz edilsin.

6. “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 10 sentyabr tarixli 1401 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 9, maddə 1043; 2016, № 2 (II kitab), maddə 344; 2020, № 5, maddə 602) aşağıdakı dəyişikliklər edilsin;

6.1. 1-ci hissədə və 3.2-ci bənddə ismin müvafiq hallarında “Mədəniyyət və Turizm Nazirliyi” sözləri ismin müvafiq hallarında “Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz edilsin;

6.2. 2-ci hissədən “və Turizm” sözləri çıxarılsın;

6.3. 3.3-cü bənddə “Əmlak Məsələləri Dövlət Komitəsinə” sözləri “İqtisadiyyat Nazirliyinə” sözləri ilə əvəz edilsin.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında” 2004-cü il 1 iyul tarixli 298 nömrəli, “Azərbaycan Respublikası regionlarının, o cümlədən Qəbələ, İsmayıllı, Oğuz və Şamaxı rayonlarının sosial iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2005-ci il 25 avqust tarixli 972 nömrəli, “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə” 2006-cı il 17 aprel tarixli 1413 nömrəli, “Azərbaycan Respublikası ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” 2006-cı il 26 avqust tarixli 1640 nömrəli, “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” 2006-cı il 28 dekabr tarixli 1880 nömrəli və “Dövlət əmlakının özəlləşdirilməsinə nəzarət üzrə Dövlət Komissiyası haqqında” 2007-ci il 28 fevral tarixli 2006 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamda deyilir:

1. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 7, maddə 540; 2006, № 9, maddə 743; 2007, № 2, maddə 87, № 10, maddə 1011; 2008, № 3, maddə 168; 2009, № 6, maddə 424; 2011, № 2, maddələr 85, 134; 2017, № 3, maddə 353; 2019, № 5, maddə 911) ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın 1.8-ci bəndinin “İcraçılar” sütunundan “və Turizm” sözləri çıxarılsın, 2.19-cu və 3.7-ci bəndlərinin “İcraçılar” sütununda “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi” sözləri “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 25 avqust tarixli 972 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 765; 2006, № 9, maddə 743; 2014, № 5, maddə 477; 2016, № 8, maddə 1384) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının, o cümlədən Qəbələ, İsmayıllı, Oğuz və Şamaxı rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Planı”nın 1.5-ci bəndinin “Tədbirin adı” sütununda “Mədəniyyət və Turizm Nazirliyinin” sözləri “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 aprel tarixli 1413 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 4, maddə 342; 2014, № 5, maddə 477; 2016, № 8, maddə 1384, № 9, maddə 1464; 2018, № 2, maddə 273) ilə təsdiq edilmiş “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı”nın 3.3.1-ci yarımbəndinin “İcraçılar” sütunundan “və Turizm” sözləri çıxarılsın.

4. “Azərbaycan Respublikası ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 26 avqust tarixli 1640 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 8, maddə 725; 2009, № 7, maddə 589; 2010, № 9, maddə 773; 2012, № 2, maddə 129; 2014, № 2, maddə 112, № 6, maddə 644; 2016, № 8, maddə 1384; 2018, № 1, maddə 79, № 3, maddə 478) 1-ci hissəsindən “və turizm” sözləri çıxarılsın və həmin hissəyə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini” sözlərindən sonra “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini” sözləri əlavə edilsin.

5. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 1880 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 12, maddə 1138; 2008, № 1, maddə 9, № 3, maddə 168; 2009, № 12, maddə 1043; 2010, № 2, maddə 80; 2014, № 5, maddə 477; 2016, № 8, maddə 1384, № 9, maddə 1470; 2017, № 3, maddə 353; 2019, № 2, maddə 257) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nda aşağıdakı dəyişikliklər edilsin:

5.1. 1-ci, 2-ci, 31-ci, 39-cu, 41-ci və 47-ci hissələrin “İcra orqanları” sütununda “Prezidentin” sözü “Azərbaycan Respublikası Prezidentinin” sözləri ilə əvəz edilsin;

5.2. 11-ci hissənin “İcra orqanları” sütununda “Prezidentin” sözü “Azərbaycan Respublikası Prezidentinin” sözləri ilə əvəz edilsin və həmin hissədən “və Turizm” sözləri çıxarılsın;

5.3. 28-ci və 37-ci hissələrin “İcra orqanları” sütununa “Milli” sözündən əvvəl “Azərbaycan” sözü əlavə edilsin;

5.4. 34-cü hissənin “İcra orqanları” sütunundan “və Turizm” sözləri çıxarılsın.

6. “Dövlət əmlakının özəlləşdirilməsinə nəzarət üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 fevral tarixli 2006 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 2, maddə 179; 2009, № 3, maddə 163; 2010, № 7, maddə 610; 2014, № 2, maddə 112, № 5, maddə 477, № 9, maddə 1027; 2016, № 8, maddə 1384; 2017, № 8, maddə 1521) 1-ci hissəsindən “və turizm” və “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri” sözləri çıxarılsın və həmin hissədə “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sədri” sözləri “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri” sözləri ilə əvəz edilsin.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” 1998-ci il 18 iyun tarixli 832 nömrəli, “Avropa Şurasının fəaliyyətinə və Azərbaycan Respublikası ilə Avropa Şurası arasındakı əməkdaşlığa dair məlumatların yayılması barədə” 2000-ci il 18 mart tarixli 364 nömrəli, “Birgə kino istehsalı haqqında” Avropa Konvensiyası üzrə Azərbaycan Respublikası tərəfindən səlahiyyətli orqanın təyin edilməsi barədə” 2000-ci il 15 iyul tarixli 475 nömrəli, “Kütləvi informasiya vasitələrinə dövlət qayğısının artırılması sahəsində əlavə tədbirlər haqqında” 2001-ci il 27 dekabr tarixli 851 nömrəli, “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq Xüsusi Hüququ Unifikasiya İnstitutunun (YUNİDRUA) “Oğurlanmış, yaxud qanunsuz aparılmış mədəniyyət sərvətləri haqqında” Konvensiyası üzrə Azərbaycan Respublikası tərəfindən səlahiyyətli orqan təyin edilməsi barədə” 2002-ci il 14 noyabr tarixli 1089 nömrəli, “Çıraqqala” tarixi abidələr kompleksinin bərpası və qorunması haqqında” 2003-cü il 23 iyun tarixli 1262 nömrəli, “Şabran şəhəri” tarix və mədəniyyət abidəsinin qorunması haqqında” 2003-cü il 27 sentyabr tarixli 1343 nömrəli və “Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramının təsdiq edilməsi haqqında” 2004-cü il 11 noyabr tarixli 517 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamda deyilir:

1. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyun tarixli 832 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 409; 2004, № 1, maddə 19; 2006, № 9, maddə 743; 2020, № 8, maddə 1064) ilə təsdiq edilmiş “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci, 3-cü, 10-cu, 16-cı, 20-ci və 21-ci hissələrin “İcra orqanları” sütununda “İcra Aparatı” sözləri “Administrasiyası” sözləri ilə əvəz edilsin;

1.2. 7-ci hissənin “İcra orqanları” sütununa “Elmlər” sözündən əvvəl “Azərbaycan Milli” sözləri əlavə edilsin;

1.3. 12-ci və 13-cü hissələrin “İcra orqanları” sütunundan “və Turizm” sözləri çıxarılsın;

1.4. 15-ci və 25-ci hissələr ləğv edilsin;

1.5. 24-cü və 36-cı hissələrin “İcra orqanları” sütununda “İcra Aparatı, Mətbuat və İnformasiya Nazirliyi, Dövlət Televiziya və Radio Verilişləri Şirkəti” sözləri “Administrasiyası, Mətbuat Şurası, Milli Televiziya və Radio Şurası, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilsin;

1.6. 26-cı hissənin “İcra orqanları” sütununda “İcra Aparatı,” sözləri “Administrasiyası, Azərbaycan Milli” sözləri ilə, “Dövlət Televiziya və Radio Verilişləri Şirkəti” sözləri “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilsin və həmin sütundan “və Turizm” sözləri çıxarılsın.

2. “Avropa Şurasının fəaliyyətinə və Azərbaycan Respublikası ilə Avropa Şurası arasındakı əməkdaşlığa dair məlumatların yayılması barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 18 mart tarixli 364 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (II kitab), maddə 203; 2006, № 9, maddə 743) 5-ci hissəsindən “və Turizm” sözləri çıxarılsın.

3. “Birgə kino istehsalı haqqında” Avropa Konvensiyası üzrə Azərbaycan Respublikası tərəfindən səlahiyyətli orqanın təyin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli 475 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 7, maddə 537; 2002, № 1, maddə 57; 2006, № 9, maddə 743) 1-ci hissəsindən “və Turizm” sözləri çıxarılsın.

4. “Kütləvi informasiya vasitələrinə dövlət qayğısının artırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 27 dekabr tarixli 851 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 795; 2003, № 10, maddə 585; 2004, № 1, maddə 24; 2006, № 9, maddə 743) 1-ci hissəsinin onuncu abzasından “və Turizm” sözləri çıxarılsın.

5. “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq Xüsusi Hüququ Unifikasiya İnstitutunun (YUNİDRUA) “Oğurlanmış, yaxud qanunsuz aparılmış mədəniyyət sərvətləri haqqında” Konvensiyası üzrə Azərbaycan Respublikası tərəfindən səlahiyyətli orqan təyin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 14 noyabr tarixli 1089 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 11, maddə 668; 2006, № 9, maddə 743) adından və 1-ci hissəsindən “və Turizm” sözləri çıxarılsın.

6. “Çıraqqala” tarixi abidələr kompleksinin bərpası və qorunması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 iyun tarixli 1262 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 6, maddə 324; 2006, № 9, maddə 743) 3-cü hissəsindən “və Turizm” sözləri çıxarılsın.

7. “Şabran şəhəri” tarix və mədəniyyət abidəsinin qorunması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 1343 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 9, maddə 517; 2006, № 9, maddə 743) aşağıdakı dəyişikliklər edilsin;

7.1. 4-cü hissədə “və Turizm Nazirliyinə” sözləri “Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinə” sözləri ilə, “etsin” sözü “etsinlər” sözü ilə, “görsün” sözü “görsünlər” sözü ilə əvəz edilsin;

7.2. 5-ci hissədən “və Turizm” sözləri çıxarılsın.

8. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 noyabr tarixli 517 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 11, maddə 940; 2005, № 7, maddə 596; 2006, № 9, maddə 743; 2007, № 2, maddə 87; 2008, № 3, maddə 168; 2009, № 4, maddə 226; 2010, № 2, maddə 80; 2011, № 2, maddə 85; 2014, № 5, maddə 477; 2016, № 8, maddə 1384, № 9, maddə 1464; 2020, № 8, maddə 1064) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı” çərçivəsində həyata keçiriləcək Tədbirlər”də aşağıdakı dəyişikliklər edilsin;

8.1. 5.2.3-cü yarımbəndə, 8.11-ci, 8.18-ci, 8.20-ci, 8.21-ci və 8.25-ci bəndlərə “Milli” sözündən əvvəl “Azərbaycan” sözü əlavə edilsin;

8.2. 5.2.5-ci yarımbəndin “İcraçılar” sütununda “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi” sözləri ilə əvəz edilsin;

8.3. 5.2.7-ci yarımbəndin “İcraçılar” sütunundan “və Turizm” sözləri çıxarılsın və həmin sütuna “Səhiyyə Nazirliyi” sözlərindən sonra “, Dövlət Turizm Agentliyi” sözləri əlavə edilsin.

8.4. 5.2.8-ci yarımbəndin “İcraçılar” sütununda “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi” sözləri “Qida Təhlükəsizliyi Agentliyi” sözləri ilə əvəz edilsin;

8.5. 5.1.14-cü, 5.2.17-ci və 5.2.19-cu yarımbəndlərin “İcraçılar” sütununda “Tikinti” sözü “Şəhərsalma” sözü ilə əvəz edilsin.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “2011-ci il aprelin 8-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Saziş”in təsdiq edilməsi haqqında” 2011-ci il 7 iyun tarixli 447 nömrəli, “2011-ci il aprelin 9-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və İraq Respublikasının Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə” 2011-ci il 7 iyun tarixli 449 nömrəli, “Azərbaycan Respublikası və Monteneqro arasında 2011-ci il sentyabrın 16-da Bakı şəhərində imzalanmış sənədlər haqqında” 2011-ci il 24 noyabr tarixli 530 nömrəli, “Azərbaycan Respublikası və Çexiya Respublikası arasında 2012-ci il aprelin 5-də Praqa şəhərində imzalanmış sazişlərin təsdiq edilməsi haqqında” 2012-ci il 19 iyun tarixli 660 nömrəli, “2012-ci il aprelin 12-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və San Marino Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” 2012-ci il 19 iyun tarixli 662 nömrəli, “2012-ci il noyabrın 29-da Tirana şəhərində imzalanmış “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Albaniya Respublikasının Turizm, Mədəniyyət, Gənclər və İdman Nazirliyi arasında mədəniyyət və turizm sahələrində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” 2013-cü il 7 mart tarixli 840 nömrəli və “2013-cü il fevralın 14-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Saziş”in təsdiq edilməsi barədə” 2013-cü il 15 mart tarixli 848 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. “2011-ci il aprelin 8-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Saziş”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyun tarixli 447 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 6, maddə 502) 2-ci hissəsindən “və Turizm” sözləri çıxarılsın.

2. “2011-ci il aprelin 9-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və İraq Respublikasının Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyun tarixli 449 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 6, maddə 504) 2-ci hissəsindən “və Turizm” sözləri çıxarılsın.

3. “Azərbaycan Respublikası və Monteneqro arasında 2011-ci il sentyabrın 16-da Bakı şəhərində imzalanmış sənədlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 24 noyabr tarixli 530 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 11, maddə 1002) 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“2. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi bu Fərmanın 1.1-ci bəndində, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi isə bu Fərmanın 1.2-ci bəndində göstərilən sazişlərin müddəalarının həyata keçirilməsini təmin etsin.”.

4. “Azərbaycan Respublikası və Çexiya Respublikası arasında 2012-ci il aprelin 5-də Praqa şəhərində imzalanmış sazişlərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 19 iyun tarixli 660 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 6, maddə 554) 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“2. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi bu Fərmanın 1.1-ci bəndində, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi isə bu Fərmanın 1.2-ci bəndində göstərilən sazişlərin müddəalarının həyata keçirilməsini təmin etsin.”.

5. “2012-ci il aprelin 12-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və San Marino Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 19 iyun tarixli 662 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 6, maddə 556) 2-ci hissəsində “Mədəniyyət və Turizm Nazirliyi” sözləri “Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz edilsin.

6. “2012-ci il noyabrın 29-da Tirana şəhərində imzalanmış “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Albaniya Respublikasının Turizm, Mədəniyyət, Gənclər və İdman Nazirliyi arasında mədəniyyət və turizm sahələrində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 7 mart tarixli 840 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 3, maddə 242) 2-ci hissəsində “Mədəniyyət və Turizm Nazirliyi” sözləri “Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi” sözləri ilə, “təmin etsin” sözləri “fəaliyyət istiqamətlərinə uyğun olaraq təmin etsinlər” sözləri ilə əvəz edilsin.

7. “2013-cü il fevralın 14-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Saziş”in təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 15 mart tarixli 848 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 3, maddə 250) 2-ci hissəsindən “və Turizm” sözləri çıxarılsın.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “2013-cü il martın 11-də Zaqreb şəhərində imzalanmış “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Xorvatiya Respublikasının Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə” 2013-cü il 3 may tarixli 885 nömrəli, “2013-cü il martın 12-də Mədinə şəhərində imzalanmış “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Səudiyyə Ərəbistanı Krallığının Turizm və Qədim Abidələr üzrə Baş Komissiyası arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə” 2013-cü il 11 iyun tarixli 909 nömrəli, “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə İtaliya Respublikasının Mədəni İrs və Fəaliyyət, Turizm Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” 2014-cü il 9 sentyabr tarixli 258 nömrəli, “Azərbaycan Respublikası Hökuməti ilə Argentina Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə” 2015-ci il 30 oktyabr tarixli 665 nömrəli, “Azərbaycan Respublikası ilə Uruqvay Şərq Respublikası arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə” 2015-ci il 30 oktyabr tarixli 666 nömrəli və “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Ukraynanın Mədəniyyət Nazirliyi arasında 2016–2020-ci illər üzrə mədəniyyət və incəsənət sahəsində əməkdaşlığa dair Proqramın təsdiq edilməsi haqqında” 2016-cı il 4 oktyabr tarixli 1057 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

1. “2013-cü il martın 11-də Zaqreb şəhərində imzalanmış “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Xorvatiya Respublikasının Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 3 may tarixli 885 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 5, maddə 506) 2-ci hissəsində “Mədəniyyət və Turizm Nazirliyi” sözləri “Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz edilsin.

2. “2013-cü il martın 12-də Mədinə şəhərində imzalanmış “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Səudiyyə Ərəbistanı Krallığının Turizm və Qədim Abidələr üzrə Baş Komissiyası arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 11 iyun tarixli 909 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 6, maddə 637) 2-ci hissəsində “Mədəniyyət və Turizm Nazirliyi” sözləri “Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz edilsin.

3. “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə İtaliya Respublikasının Mədəni İrs və Fəaliyyət, Turizm Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 9 sentyabr tarixli 258 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 9, maddə 1038) 2-ci hissəsindən “və Turizm” sözləri çıxarılsın.

4. “Azərbaycan Respublikası Hökuməti ilə Argentina Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 30 oktyabr tarixli 665 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1137) 2-ci hissəsindən “və Turizm” sözləri çıxarılsın.

5. “Azərbaycan Respublikası ilə Uruqvay Şərq Respublikası arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 30 oktyabr tarixli 666 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1138) 2-ci hissəsindən “və Turizm” sözləri çıxarılsın.

6. “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Ukraynanın Mədəniyyət Nazirliyi arasında 2016–2020-ci illər üzrə mədəniyyət və incəsənət sahəsində əməkdaşlığa dair Proqramın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 oktyabr tarixli 1057 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 10, maddə 1616) 2-ci hissəsindən “və Turizm” sözləri çıxarılsın.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında” 1997-ci il 24 iyun tarixli 609 nömrəli, “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” 1997-ci il 6 sentyabr tarixli 629 nömrəli, “Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 12 mart tarixli 115 nömrəli, “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqramın təsdiq edilməsi barədə” 2000-ci il 15 iyul tarixli 371 nömrəli, “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” 2000-ci il 15 iyul tarixli 376 nömrəli və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” 2000-ci il 30 avqust tarixli 393 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 175; 2000, № 8 (III kitab), maddə 615; 2001, № 10, maddə 640, № 12, maddələr 754, 755; 2003, № 10, maddələr 546, 568, 571, 585; 2004, № 12, maddə 1005; 2005, № 2, maddə 69, № 3, maddə 170, № 7, maddə 592, № 8, maddə 720, № 12, maddələr 1104, 1112; 2006, № 9, maddə 743; 2007, № 3, maddə 234, № 8, maddə 766; 2008, № 6, maddə 498, № 9, maddə 798, № 11, maddə 969; 2009, № 2, maddə 70, № 4, maddə 226, № 10, maddələr 776, 779; 2010, № 4, maddə 296, № 5, maddə 389; 2013, № 9, maddə 1056; 2014, № 4, maddə 364, № 5, maddə 477, № 7, maddə 805, № 9, maddə 1027; 2016, № 8, maddə 1384, № 11, maddə 1817; 2017, № 2, maddə 177, № 8, maddə 1521; 2018, № 5, maddə 902, № 9, maddə 1840; 2019, № 2, maddə 248, № 5, maddə 852) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na 2 nömrəli əlavə – “İxracı və idxalı müvafiq dövlət orqanlarının rəyi alınmaqla aparılan spesifik malların (xidmətlərin və əqli mülkiyyətin) Siyahısı”nın “Rəyi tələb olunan dövlət orqanları” sütununun beşinci və yeddinci abzaslarından “və Turizm” sözləri çıxarılsın.

2. “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 6 sentyabr tarixli 629 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 3, maddə 236; 1999, № 8, maddə 493; 2001, № 10, maddə 640; 2002, № 12, maddə 726; 2006, № 7, maddə 590; 2010, № 7, maddə 610; 2014, № 11, maddə 1417; 2015, № 9, maddə 1000; 2018, № 6, maddə 1199; 2019, № 5, maddə 826) 1-ci hissəsinin birinci abzasının ikinci cümləsindən “və Turizm” sözləri çıxarılsın.

3. “Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 115 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 167; 2002, № 8, maddə 482; 2006, № 9, maddə 743; 2007, № 6, maddə 601; 2019, № 12, maddə 1933) 2.4-cü bəndindən “və Turizm” sözləri çıxarılsın.

4. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli 371 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 7, maddə 511; 2003, № 10, maddə 546; 2004, № 1, maddə 19; 2006, № 9, maddə 743; 2007, № 5, maddə 459; 2017, № 3, maddə 353) ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram”ında aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2.1-ci bəndin “İcraçı orqan” sütununda “Elmlər Akademiyası, Mətbuat və İnformasiya Nazirliyi, Dövlət Televiziya və Radio Verilişləri Şirkəti” sözləri “Azərbaycan Milli Elmlər Akademiyası, Mətbuat Şurası, Milli Televiziya və Radio Şurası, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilsin;

4.2. 2.2-ci və 2.19-cu bəndlərinin “İcraçı orqan” sütunundan “və Turizm” sözləri çıxarılsın və həmin bəndlərdə “Dövlət Televiziya və Radio Verilişləri Şirkəti” sözləri “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilsin;

4.3. 2.3-cü və 4.4-cü bəndlərin “İcraçı orqan” sütununda “Elmlər” sözündən əvvəl “Azərbaycan Milli” sözləri əlavə edilsin.

5. “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli 376 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 7, maddə 516; 2001, № 7, maddə 459; 2006, № 9, maddə 743) üçüncü abzasında “Mədəniyyət və Turizm Nazirliyi” sözləri “Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz edilsin.

6. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 616; 2005, № 12, maddə 1099; 2006, № 5, maddə 400, № 12, maddə 1034; 2007, № 4, maddə 323, № 12, maddə 1225; 2008, № 11, maddə 972; 2009, № 3, maddə 163, № 4, maddə 226, № 10, maddə 780; 2010, № 7, maddə 610; 2011, № 7, maddə 631; 2013, № 7, maddə 805, № 11, maddə 1324; 2014, № 4, maddə 359, № 5, maddə 477, № 9, maddə 1027, № 10, maddə 1198, № 11, maddələr 1390, 1420; 2015, № 1, maddə 12, № 12, maddə 1454; 2016, № 2 (II kitab), maddələr 261, 265, № 3, maddə 450, № 5, maddə 882, № 6, maddələr 1023, 1024, 1042, 1065, № 7, maddə 1257, № 9, maddə 1464, № 11, maddə 1838, № 12, maddə 2089; 2017, № 5, maddələr 760, 811, 845, № 7, maddə 1344, № 8, maddə 1521; 2018, № 9, maddələr 1830, 1843, № 12 (I kitab), maddələr 2571, 2599; 2019, № 8, maddələr 1396, 1407; 2020, № 5, maddə 560; Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 23 noyabr tarixli 1187 nömrəli Fərmanı) 1.31-ci bəndində “Mədəniyyət və Turizm Nazirliyi” sözləri “Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz edilsin.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər