30 Yanvar 2021 23:13
1 360
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan, Rusiya və Ermənistanın baş nazirlərinin müavinlərindən ibarət üçtərəfli işçi qrupunun görüşü baş tutub.

Teleqraf.com-un məlumatına görə,iclasda Azərbaycan Respublikası Baş nazirinin müavini Ş.A.Mustafayev, Ermənistan Respublikasının Baş nazirinin müavini M.Q.Qriqoryan və Rusiya Federasiyası Baş nazirinin müavini A.L.Overçukun iştirak edib.

Rusiya Federasiyasının baş nazirin müavini Aleksey Overçuk bildirib ki, Dağlıq Qarabağ üzrə Azərbaycan, Rusiya və Ermənistanın baş nazirlərinin müavinlərindən ibarət üçtərəfli işçi qrupun iştirakçıları daşınmalar və onların təhlükəsizliyinin təminatı, həmçinin nəzarət məsələləri üzrə ekspert yarımqruplarını yaratmaq barədə qərar qəbul ediblər.

"Tərəflər dəmir yolu, avtomobil, daşınmaların təminatı, təhlükəsizlik daxil olmaqla, sərhəd, gömrük, sanitar, baytarlıq, fitosanitar və nəzarətin başqa növləri növbəti ekspert yarımqruplarını yaratmağa razılaşdırıblar", - Rusiya Federasiyasının Nazirlər Kabinetinin saytında yerləşdirilmiş xəbərdə bildirilir.

Yarımqrupların formalaşmasının 2 fevrala qədər yekunlaşdırılması planlaşdırılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər