1 Fevral 2021 11:38
737
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yeni il bizim üçün yeni sessiya, qələbə ilə yanaşı həm də məsuliyyət ilidir. Bu qələbəni necə təqdim etməyimiz bizim iş əmsalımızdan da asılı olacaq. Dövlət-millət-xalq formulunu gücləndirmək vacibdir”.

Teleqraf.com xəbər verir ki, belə böyük işlərdən sonra ölkədə kommunal sahədə suyun qiyməti ilə bağlı tənzimləmələrə ehtiyac yaranır.

Fazil Mustafa əlavə edib ki, son qələbəmizdən sonra xalqımız Ali Baş Komandana inanır, etimad göstərir: “Əlbəttə, bəzi qüvvələr zərbə vurmaq üçün addımlar atır. Hesab edirəm ki, öncədən hansısa addımla bağlı izah vermək, insanları buna hazırlamaq lazımdır. Mən su, qaz, eləcə də şəhidlərlə bağlı məqamı nəzərdə tuturam. Bir məmura görə, bütövlükdə şəhid ailələrinin narazılığına səbəb oldu”.

O qeyd edib ki, ilk dəfədir xalqımız gələcəyə böyük ümidlə yanaşır: “Yolların açılması, İran şirkətlərinin bura gəlməsinə şəraitin olması, Türkiyənin bölgədə fəallığı, Monitorinq Mərkəzində birgə fəaliyyəti əhəmiyyətlidir. Bu göstərir ki, Azərbaycan öz layihələrini qəbul etdirə bilər”.


Müəllif: Nemət

Oxşar xəbərlər