1 Fevral 2021 11:35
370
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şanlı Ordumuz düşməni darmadağın edərək ərazi bütövlüyümüzü təmin edib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Prezidentin dediyi kimi artıq tarixdə qalıb.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin Sədri Sahibə Qafarova parlamentdə çıxışı zamanı bildirib.

Spiker əlavə edib ki, Azərbaycan Şuşaya qayıdır: “Biz burada əbədi olaraq yaşayacağıq”.

Sahibə Qafarova parlamentin 2020-ci ildəki fəaliyyətini uğurlu hesab edib. Qeyd edib ki, Milli Məclis Prezidentin apardığı siyasəti dəstəkləmək üçün əlindən gələni edir.

Çıxışı zamanı spiker onu da bildirib ki, artıq Milli Məclisin rəsmi saytı yeni formada fəaliyyətə başlayıb.


Müəllif: Nemət

Oxşar xəbərlər