6 Fevral 2021 09:44
445
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda fəaliyyət göstərən səfirlər, hərbi ataşelər və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri işğaldan azad edilmiş Cəbrayıl və Zəngilan rayonlarına səfərə gedir.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev özünün “twitter” səhifəsində bildirib.

H.Hacıyev qeyd edib: “Azərbaycan Prezidenti İlham Əliyevin təlimatına uyğun olaraq səfirlər, hərbi ataşelər və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri ilə işğaldan azad edilmiş Cəbrayıl və Zəngilan rayonlarına səfər üçün yola çıxmışıq”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər