10 Fevral 2021 18:26
1 831
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmamış Abxaziya Respublikası Rusiyaya öz ərazisi vasitəsilə Ermənistana dəmir yolu xətti qurmağı təklif edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Abxaziya parlamentinin parlamentlərarası əlaqələr komitəsinin sədri” Astamur Loqua Dövlət Dumasına müraciətində bildirilib.

O, Abxaziyanın Rusiya və Ermənistan arasında dəmir yolu əlaqəsinin qurulması layihəsində bərabər şərtlərlə iştirak etməyə hazır olduğunu deyib: “Təşəbbüs bizim komitəyə aiddir. Bölgədə baş verənlər və Dağlıq Qarabağ münaqişəsinin həll prosesi fonunda baş verən nəqliyyat kommunikasiyalarının blokdan çıxarılmasını alqışlayırıq”.

Astamur Loqua qeyd edib ki, Dağlıq Qarabağdakı müharibə bitdikdən sonra bölgə ölkələri dəmir yolu əlaqəsinin açılması ehtimalını müzakirə etməyə başlayıb.

Separatçı rejimin nümayəndəsi qeyd edib ki, Ermənistandan sonra Abxaziya da blokdan çıxarılmalıdır: “Ümid edirik ki, Abxaziya bərabər şərtlərlə layihənin iştirakçısı olacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər