ABŞ-ın məşhur “Mayo” klinikasında işləyən professor Rahmi Öklü xərçəng toxumasını məhv edən yeni bir ion maye (maye duz) formulu hazırlayıb.
Teleqraf.com xəbər verir ki, Öklünün tətbiq etdiyi üsulla dərman birbaşa şişə çatır və onu məhv edir.
Eyni zamanda dərman həmin nahiyədə uzun müddət qalır, həddindən artıq dozaya ehtiyac olmur. Bunun sayəsində kimyaterapiyanın yan təsirləri yoxa çıxır.
Rəhmi Öklü bildirib ki, xərçəngin müalicəsində ən böyük problem dərmanın şişə çatdırılmasıdır: “Ənənəvi metodlarda dərmanı şişə çatdırmaq və onun şişdə qalmasını təmin etmək üçün yüksək dozaya ehtiyac yaranır. Bu isə xəstədə yan təsirlərə səbəb olur”.
Professor deyir ki, ixtirası təkcə şişi məhv etmir, dərmanı yayan və 28 günə qədər orada saxlayan maye də kara gəlir: “Bu yanaşma xərçəngin təkrarlanma ehtimalını azalda bilər. Zərif, bahalı avadanlığa, nəyisə quraşdırmağa, əlavə materiallara ehtiyac yoxdur. Yalnız ultrasəs və iynəyə ehtiyac olacaq”.
Rəhmi Öklü qeyd edib ki, ixtira etdiyi metod xüsusilə transplantasiya gözləyən qaraciyər xərçəngi xəstələrinə yardım edəcək.