19 Fevral 2021 16:26
694
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 23-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) energetika üzrə işçi qrupunun 1-ci iclası, fevralın 24-də isə energetika nazirlərinin 1-ci görüşü videokonfrans formatında keçiriləcək.

Bu barədə Teleqraf.com-a Energetika Nazirliyindən məlumat verilib.

Ölkəmizin təşkilata sədrliyi dövründə baş tutacaq videokonfransda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistanın energetika nazirləri və yüksək səviyyəli nümayəndələri iştirak edəcək.

Xatırladaq ki, 15 oktyabr 2019-cu ildə Bakıda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə Türk Şurasına sədrlik Qırğızıstandan Azərbaycana verilib. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzvləridir. Macarıstan isə müşahidəçi qismində iştirak edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər