“Azərbaycan hərbçilərinə qarşı erməni silahlı birləşmələri tərəfindən törədilən cinayətlərlə əlaqədar başlanan cinayət işləri üzrə Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən müvafiq istintaq hərəkətləri həyata keçirilir”.
Teleqraf.com-un xəbərinə görə, bunu Baş prokuror Kamran Əliyev deyib.
Onun sözlərinə görə, Ermənistanın beynəlxalq müstəvidə məsuliyyətə cəlb edilməsini təmin etmək üçün digər hüquq mühafizə orqanları, Xarici İşlər Nazirliyi, o cümlədən aidiyyəti qurumlarla birlikdə müvafiq tədbirlər görülür:
“Ermənistan dövlətinin, onun vəzifəli şəxslərinin beynəlxalq məhkəmələrdə məsuliyyətə cəlb edilməsi üçün kifayət qədər tutarlı və mötəbər sübutlarımız mövcuddur və hesab edirəm ki, bu məsələdə uğurlu nəticələr əldə edəcəyik”.