23 Fevral 2021 10:59
480
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Arizona ştatında Xocalı Soyqırımına həsr edilmiş fotosərgi keçirilib.

Teleqraf.com xəbər verir ki, sərginin təşkilatçısı ABŞ-da fəaliyyət göstərən Türk-Amerika Təhlükəsizlik Fondudur (TASFO).

TASFO rəhbəri Fatih Özonur sərginin Arizona Nümayəndələr Palatasının binası önündə təşkil edildiyini bildirib.

Sərgi ABŞ-dakı erməni diasporunun əngəl olmaq cəhdlərinə baxmayaraq baş tutub.

Sərgidə ermənilərin 1992-ci il fevralın 26-da Xocalıda azərbaycanlılara qarşı törətdiyi soyqırıma dair fotolar nümayiş olunub.

TASFO rəhbəri sərgiyə baş çəkənləri Xocalı Soyqırımı və ermənilərin ayrı-ayrı vaxtlarda Azərbaycan və Türkiyədə törətdiyi terror aktları və qətliamlar haqda məlumatlandırıb.

Fatih Özonur sərginin təşkil edilməsində məqsədin ermənilərin tarixin bəlli dövrlərində törətdiyi terror aktları və vəhşiliklərini dünyaya çatdırmaq olduğunu bildirib.

Amerika Axısxa Vətən Cəmiyyəti (rəhbəri Sərvər Tedorov) sərgiyə dəstək verib.

Sərgidən fotoları təqdim edirik:


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər