Tanınmış jurnalist, “Bizim Yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev COVID-19 infeksiyasına qarşı peyvənd olunub.
Teleqraf.com xəbər verir ki, bu barədə baş redaktor özü məlumat verib.
O, hər şey yolunda getdyini bildirib: “Ümid edirəm ki, daha da yaxşı olacaq. Qorxulu bir şey yoxdur. Qorxunun zatən heç nəyə faydası yoxdur. "Peyvənd" qorxusunu bir kənara qoyun. Məncə, gedib peyvənd olunmaq lazımdır. Ən azı "ölməmək üçün hər şeyi etdik" deyə bilək sonra”.
Bahəddin Həziyev 28 gündən sonra peyvəndin ikinci dozasını vurduracağını da deyib.