“Ailə və cəmiyyətin sütunu olan qadınların təhsildən sənətə, iqtisadiyyatdan siyasətə qədər bütün sahələrdə özlərini göstərməsinə həmişə önəm vermişəm”.
Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyə lideri 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə ölkə və dünya qadınlarını təbrik edib:
“Tarix boyunca bütün sahələrin ön sıralarında yer alan, bu gün də mübarizələri və uğurları ilə örnək olan bütün qadınlarla qürur duyuram. Bəşəri cinayət kimi gördüyüm qadına qarşı bütün fiziki və mənəvi şiddəti və ayrı-seçkilyi bir daha ən sərt şəkildə qınayıram.
Ölkəmiz və dünyadakı bütün qadınları sevgi və hörmətlə salamlayıram, 8 Mart Beynəlxalq Qadınlar Gününü təbrik edirəm”.