ATƏT-in hazırkı sədri, İsveçin xarici işlər naziri Ann Linde martın 15-i Azərbaycana səfər edəcək.
Teleqraf.com ATƏT-in rəsmi saytına istinadən xəbər verir ki, A.Linde səfər çərçivəsindəikinci Qarabağ müharibəsinə dair məsələləri, həmçinin ATƏT ilə Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsini müzakirə etmək üçün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Baş nazir Əli Əsədovla görüşəcək.
Qeyd edilir ki, Ann Linde həmçinin vətəndaş cəmiyyəti üzvləri ilə də görüşəcək.