14 Mart 2021 14:41
844
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Milli Coğrafiya Cəmiyyətinin məşhur “National Geographic” jurnalı rəsmi “Instagram” səhifəsində Azərbaycanın işğaldan azad edilmiş Cəbrayıl rayonunda yerləşən Xudafərin körpüsünün fotosunu paylaşıb.

Teleqraf.com xəbər verir ki, paylaşımda XII əsrin abidəsi sayılan tarixi Xudafərin körpüsünün Cəbrayıl rayonu ərazisində, İran-Azərbaycan sərhədində, Araz çayı sahilində yerləşdiyi bildirilir.

Paylaşımda qeyd olunub ki, Ermənistan qüvvələri tərəfindən iyirmi ildən çoxdur işğal altında saxlanılan Cəbrayıl rayonu, bu yaxınlarda Azərbaycan tərəfindən işğaldan azad edilib.


Müəllif: Teleqraf.com