“Erməni separatçıları Xankəndidə “parlamentlərinin” iclasında rus dilinin ikinci dövlət dili elan olunması haqqında qərar qəbul ediblər. Aydındır ki, separatçılar bu qərarı Moskvaya xoş gəlmək və Rusiyanın nökərçiliyini davam etdirmək üçün veriblər”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
O, Azərbaycan Xarici İşlər Nazirlyinin bəyanat verməli olduğunu vurğulayıb: "Prezident İlham Əliyevin fevralın 26-dakı bu mövzuyla bağlı açıqlamasına istinad edin: “Qarabağda rus dili rəsmi dil ola bilməz. Azərbaycanın bir rəsmi dili var! Xarici əsgərlərin Azərbaycan ərazisində fəaliyyət göstərməsi müvəqqəti xarakter daşıyır. Bu, hərbi baza anlamına gəlmir. 5 ildən sonra Azərbaycan fərqli fikir sərgiləsə, onların fəaliyyətinə son veriləcək! Xocalıya da biz qayıdacağıq. Ermənistan tərəfi bunu anlamalıdır! "Arsax" dövləti olmayıb və olmayacaqda! Qarabağ aranı ilə, dağı ilə Azərbaycanın ayrılmaz hissəsidir!” Bu sözlərin hər dəfə təkrarlanmasına, bəyanatların verilməsinə ehtiyac var ki, bunu həm İrəvanda, həm də Moskvada duysun!”