Rusiya “Sputnik-Light” adlı tək dozalı koronavirus peyvəndinin qeydiyyata alınmasına qərar verib.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Rusiyada iki dozalı “Sputnik V” peyvəndinin hələ istifadə olunacağı da açıqlanıb.
Qeyd edək ki, Rusiya keçən həftə sözügedən peyvəndin klinik testlərinin tamamlandığını elan etmişdi.