Vətən müharibəsi zamanı iki dəfə Pakistan parlamentinin spikeri ilə telefon danışığım olub.
Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məcisin sədri Sahibə Qafarova deyib.
Parlament sədri Vətən müharibəsində tutduğu mövqeyə görə, Pakistan tərəfinə öz dərin təşəkkürünü çatdırıb:
“Qarşılıqlı səfərlərdən məmnun olardıq. Bu yaxınlarda Pakistanda İƏTPA-nın iclası keçirilməli idi və biz də tədbirə dəvətli idik. Düşünürdük ki, nümayəndə heyəti ilə İslamabada səfər edək. Ancaq pandemiya səbəbindən iclasın keçirilməsi təxirə salındı”.