Azərbaycanda saxlanılan erməni terrorçularının ailələri və yaxınları İrəvan-Gümrü yolunu bağlayıblar.
Teleqraf.com xəbər verir ki, yolun Şirak rayonunun Orom kəndi yaxınlığından keçən hissəsində etiraz aksiyası keçirən ailələr Ermənistan hakimiyyətini onları aldatmaqda ittiham ediblər.
Məlumata görə, dünən Ermənistan hakimiyyətinin rəsmiləri bir qrup “əsir”in qayıtdığını təntənəli şəkildə elan etsə də, sonradan bunun belə olmadığı ortaya çıxıb.
“News.am” saytının iddiasına görə, dünən gecə saatlarında “əsir”lərin əvəzinə Zəngəzurdan keçəcək dəhlizin açılmasını müzakirə etmək üçün bir Türkiyə-Azərbaycan nümayəndə heyəti Ermənistana gəlib.
Etirazçılar terrorçuların geri qaytarılma tarixi barədə dəqiq məlumat verilənə qədər yolu bağlayacaqlarını bildiriblər.
Qeyd edək ki, dünən axşam saatlarında İrəvandan Bakıya bir təyyarənin gəldiyi iddia olunub. Həmin iddiaya görə, təyyarə Azərbaycandakı “əsir”ləri aparmaq üçün gəlsə də, sövdələşmə baş tutmadığı üçün geriyə boş qayıdıb.
Etirazın videogörüntüsünü təqdim edirik: