9 Aprel 2021 15:16
829
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Qırğızıstan, Özbəkistan, Qazaxıstandan olan və mediaya məsul nümayəndə heyətləri rəhbərləri ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Hikmət Hacıyev Tvitter hesabında məlumat verib.

"Qardaş ölkələr Qırğızıstan, Özbəkistan, Qazaxıstandan olan və mediaya məsul nümayəndə heyətləri rəhbərləri ilə görüşdük, bu sahədə əməkdaşlığın inkişafı perspektivlərinə dair ətraflı fikir mübadiləsi apardıq. Müzakirələrimizi sabah Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində davam etdirəcəyik", - deyə paylaşımda qeyd olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər