29 Oktyabr 2014 20:37
834
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Avropa İnsan Haqları Məhkəməsinin fəaliyyətinə dair beynəlxalq seminarda iştirak etmək üçün oktyabrın 30-dan noyabrın 1-dək Madriddə səfərdə olacaq.

Milli Məclisdən verilən xəbərə görə, tədbirdə “Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının yerinə yetirilməsində milli parlamentlərin rolu” mövzusunda fikir mübadiləsi aparılacaq, rəy və təkliflər bildiriləcəkdir.

Komitə sədri müzakirə olunan məsələyə dair çıxış edəcək, avropalı parlamentarilərlə fikirlərini bölüşəcək.

Nemət


Müəllif:

Oxşar xəbərlər