16 Aprel 2021 17:24
821
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 16-da Bakının Pirşağı qəsəbəsində yenidənqurma tədbirlərinə start verilib və təmir-bərpa işlərinin təməli qoyulub.

Teleqraf.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

Pirşağıda abadlaşdırma işləri məşğulluğun təminatına da müsbət təsir göstərir. Prosesdə iştirak edənlərin böyük əksəriyyəti məhz yerli sakinlərdən ibarətdir. Yeni siması ilə post-pandemiya dövründə cəlbedici turizm məkanlarından birinə çevrilməyi hədəfləyən Pirşağıda tələbata uyğun məhsulların istehsalı da istisna edilmir.

Pirşağıda olarkən Prezident İlham Əliyev bildirib: Burada həmişə yaxşı şanı üzümü var idi – ağ şanı, qara şanı.

“Bakı Abadlıq Xidməti” MMC-nin müdiri Bünyad Qasımov: 50 min ting əkmişik, davam etdiririk.

Prezident İlham Əliyev: Həmin sortdan?

Bünyad Qasımov: Hazırda dörd sort əkilib, ağ şanı da var, qara şanı da.

Prezident İlham Əliyev: Çox şirin idi, bal kimi.


Müəllif: Teleqraf.com