23 Aprel 2021 15:34
961
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Avropa İttifaqı (Aİ) ölkələri bu günə 500 milyon dozaya yaxın vaksin alıb, bu ilin sonuna qədər daha 500 milyon doza da alacaq, dünən isə 2022-23-cü illərdə 1,8 milyard doza vaksin satın alınacağı ilə bağlı yeni müqavilələr imzalanıb”.

Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib.

O bildirib ki, Aİ ölkələrində 500 milyona yaxın insan yaşayır, hamıya vaksin vurmaq üçün 1 milyard doza lazımdı: “Bu il proses tamamlanmalıdır. Maraqlıdır, əgər vaksinləşmə virusdan qurtulmağın tək yoludursa, əgər peyvəndləmədən sonra “kütlə immuniteti” yaranacaqsa, nədən Aİ 2022-23-cü illər üçün əlavə 2 milyard dozaya yaxın vaksin sifariş edir?! Nədən eyni yolla ABŞ, Kanada, Britaniya, İsrail də gedir?! Onlar da yaxın 2 il üçün əhali saylarından 3 dəfə artıq vaksin sifariş veriblər.

Bu o deməkdir ki, vaksin dünya vətəndaşlarına hər 6-8 aydan bir vurulmalıdır?! Bu o anlama gəlmirmi ki, kütləvi immunitet yaranmır?! Dünya nə zamana qədər vaksin olunaraq yaşayacaq?! Əgər vaksin virusdan qorumursa, nədən vurulur?! Qoruyursa, niyə təkrar vurulmalıdır?! Əgər vaksinin təsir müddəti 6 ay civarındadırsa, ömrümüzün sonunadək hər kəsi 6 aydan bir vaksinləmək lazımdırmı?! Bəs bu qədər tez-tez vaksin qəbulunun insan orqanizmində hansı fəsadlara yol açacağını araşdıranlar varmı?!

Əgər virusun fərqli ştammları yaranacaqsa, hansısa ölkələrdə virus ocaqlara qalsa, sonradan həmin ocaqlar yenidən dünyaya yayılmayacaqmı?! Axı, Uhanda 1 nəfərdən başlayan virus cəmi 3 aydan sonra bütün qitələrə yayıldı...”


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər