COVID-19 virusunu tələyə salıb məhv etməyi hədəfləyən nanohissəciklər hazırlanıb.
Teleqraf.com xəbər verir ki, bu tədqiqat Çikaqo Universitetinin alimlərinə məxsusdur.
Onlar SARS-CoV-2-nin hüceyrələrlə əlaqə mexanizmini araşdıraraq səthində yüksək sıxlıqlı ACE2 zülalı və anticisimləri olan iki növ nanohissəcik yaradıblar.
"Nanotələlər" adlanan hissəciklər virusa yoluxmuş hüceyrələri təqlid edərək SARS-CoV-2 virusunu özünə cəlb etmək məqsədi daşıyır.
Nanohissəciklər həm virusu tələyə salamaq, həm də aradan qaldırmaq məqsədi daşıdığı halda, psevdovirusun (virusun çoxalmayan zəifləmiş halı) nanohissəciklə bağlanma testlərinin orta hesabla 10 dəqiqə çəkdiyi və aradan qaldırılmasına aparan prosesin 48 saat sürdüyü bildirilir.
Sistemin təhlükəsizliyi siçanlar üzərində aparılan təcrübədə sınaqdan keçirilib. Daha sonra “nanotələlər” insanın ağciyər toxuması hüceyrələrində psevdovirusa qarşı istifadə edilib və virusun hüceyrələrə girişininin tamamilə blokladığı təsdiqlənib.
Növbəti mərhələdə mütəxəssislər sistemi SARS-CoV-2 və onun dəyişiklikləri üzərində test etməyi planlaşdırırlar.