1 May 2021 11:21
2 928
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ hökumətinin Azərbaycana birbaşa hərbi yardımını qadağan edən “Azadlığa Dəstək Aktı”na 907 saylı düzəlişin icrası dayandırılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti açıqlama yayıb.

Açıqlamada 907-ci düzəlişin müvəqqəti olaraq dondurulduğu bildirilib.

Bundan əvvəl, aprelin 28-də ABŞ Dövlət katibi Entoni Blinken və Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub. Tərəflər görüşdə ABŞ və Azərbaycan arasında ikitərəfli əməkdaşlığın vacibliyini qeyd edib və bir sıra məsələləri müzakirə etdiblər.

Dövlət katibi Prezident Əliyevə ABŞ hökumətinin yaxın vaxtlarda 907-ci düzəlişin icrasının müvəqqəti olaraq, dondurulacağını bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər