31 Oktyabr 2014 15:53
1 149
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə Sənayesi Nazirliyinin tabeli müəssisələrində 2014-cü ilin doqquz ayının yekunlarına həsr edilmiş səyyar kollegiya keçirilib.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, nazir Yavər Camalovun sədrliyi ilə keçirilən iclaslarda nazirliyin birlik və müəssisələrinin istehsal, maliyyə-təsərrüfat fəaliyyətlərinin yekunları və qarşıda duran məsələlər geniş müzakirə edilib. Bildirilib ki, aparılan məqsədyönlü işlər nəticəsində nazirliyin müəssisələrində müvafiq proqramlar əsasında müdafiə təyinatlı məmulatların yaradılması və istehsalı üçün yeni istehsal sahələrinin yaradılması işləri davam etdirilib.

Hesabat dövründə respublikanın güc strukturlarının sifarişləri üzrə bağlanmış müqavilələr əsasında müdafiə təyinatlı məmulatlar istehsal edilərək sifarişçilərə təhvil verilib. Eyni zamanda mülki məmulatların istehsalının genişləndirilməsi üzrə işlər davam etdirilib.

2014-cü ilin doqquz ayında nazirliyin müəssisələrində istehsal olunmuş məhsulların ümumi həcminin 86 faizini müdafiə və xüsusi təyinatlı, 14 faizini isə mülki təyinatlı məhsullar təşkil edib. Cari ildə təhvil verilmiş müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı 1,3 dəfə artıb.

2014-cü ilin Yaradılma Proqramına uyğun olaraq nazirliyin müəssisələri tərəfindən 66 mövzunu və 169 mərhələni əhatə edən elmi-tədqiqat və təcrübi konstruktor işləri aparılır. Nazirliyin Elmi-Tədqiqat İnstitutunda cari ildə dövlət sifarişi xətti ilə 10 mövzu üzrə elmi-tədqiqat və təcrübi konstruktor işləri davam etdirilib.

Kollegiyada qeyd olunub ki, 2009-cu ildən etibarən nazirliyin müəssisələrində yaradılan və istehsal olunan məmulatlar mütəmadi olaraq beynəlxalq sərgilərdə nümayiş etdirilir.

Sərgi çərçivəsində hərbi-texniki əməkdaşlığın müxtəlif istiqamətləri üzrə danışıqlar aparılıb və bir sıra yeni layihələrin reallaşdırılması məsələləri müzakirə olunub.

Kollegiya iclaslarında nazir Y.Camalov hesabat dövrü ərzində tabeli birlik və müəssisələr tərəfindən görülmüş işləri müsbət qiymətləndirdiyini bildirib.

Nazir Prezident İlham Əliyev tərəfindən ölkənin müdafiə sənayesinin inkişafı ilə bağlı verilən tapşırıqların yerinə yetirilməsi istiqamətində struktur bölmə, birlik və müəssisə rəhbərlərinə göstərişlər verib.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər