"Xoşbəxtəm ki, 30 il görə bilmədiyimiz yerlərə getdik, qalxa bilmədiyimiz yüksəkliklərə qalxdıq".
Teleqraf.com-un məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev jurnalistlərə açıqlamasında bildirib.
O, səfər zamanı sərhədçilərimiz üçün necə şərait yaradıldığını gördüyünü bildirib: “Sərhədçilər üzərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər. Bəzi nöqsanlar mövcud idi. Onları da qeyd etdik və çatışmazlıqların tezliklə aradan qaldırılacağına ümid edirəm".