10 May 2021 15:28
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ulu Öndər Heydər Əliyev tarix yazan böyük şəxsiyyətdir, onun xalq və dövlət qarşısında xidmətləri misilsizdir. Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarı və banisidir. Məhz Heydər Əliyevin qətiyyəti, iradəsi, təcrübəsi və uzaqgörən siyasəti sayəsində müstəqil dövlətimizin möhkəm təməlləri qoyuldu”.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı Azər Badamov deyib.

Millət vəkili deyir ki, rəhbərlikdə olduğu sovetlər dövründə də Heydər Əliyev Azərbaycanın müstəqilliyinə qovuşacağına inanırdı: “Ona görə də, o dövrdə gələcəkdə müstəqilliyini qazanacaq dövlətimiz üçün baza hazırlayırdı. Bu bazanı hər şeydən əvvəl müstəqil dövlətini, ordusunu, iqtisadiyyatını idarə edə biləcək kadrların hazırlanmasında görürdü. Heydər Əliyev müstəqil ölkəmizin üstündə qara buludlar dalğalandığı, böyük fəlakətlərlə üzləşdiyi zaman xalqın dəvəti və təkidi ilə rəhbərliyə qayıtdı.

Heydər Əliyevi ən çox narahat edən məsələ torpaqlarımızın işğala məruz qalması və bu məsələnin həllinə beynəlxalq ictimaiyyətin ciddi yanaşmaması idi. Bütün beynəlxalq kürsülərdə və görüşlərdə həmişə önə çıxartdığı əsas məsələ torpaqlarımızın danışıqlar yolu ilə işğaldan azad olunmasına ədalətli mövqe sərgiləyərək işğalçıya təzyiq göstərilməsi istiqamətində olub”.

Azər Badamov qeyd edib ki, Ulu Öndərin ardıcıl mövqeyi və qətiyyəti dünyanın Azərbaycana münasibətini dəyişmişdi: “Ümummilli lider Heydər Əliyev bütün həyatını xalqın gələcəyinə həsr etmişdi. Bu gün biz hansısa bir sahədə uğura imza atırıqsa, orda Ümummilli liderin imzasını görürük. Ölkənin ərazi bütövlüyünün təmin olunmasını vacib olduğunu həmişə qeyd edən Ümummilli liderin yürütdüyü siyasəti ölkədə monolit milli birlik yaratdı.

Məhz yaranan bu milli birliyi lazım olan anda Ali Baş Komandanımız dəmir yumruğa çevirə bildi. Heydər Əliyevin anadan olnmasının 98-ci illiyini tarixdə ilk dəfə azad, bütöv və qalib ölkənin vətəndaşları olaraq təntənəli qeyd edirik. Bu gün torpaqlarımızın işğaldan azad olunması, Azərbaycanın qalib ölkəyə çevrilməsi Heydər Əliyevin ruhunu şad edib.

Hörmətli Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Heydər Əliyevin siyasi kursu uğurla davam etdirilir. Məhz ona görə də ölkəmizin gələcəyi uğurlarla daim zəngin olacaq. Xalqımız hər zaman Ulu Öndərin uca ruhu qarşısında baş əyərək öz dərin hörmətini və ehtiramını bildirir. Heydər Əliyev cismən yanımızda olmasa da, mənən əbədi yaddaşlarımızda yaşayacaq”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər