13 May 16:06
320

Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın Cıdır düzündə keçirilən “Xarıbülbül” musiqi festivalı başa çatıb.

Teleqraf.com xəbər verir ki, Prezident İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən festivalın ikinci günündə qala-konsert olub.

Konsertdə Azərbaycanın görkəmli incəsənət xadimləri çıxış ediblər.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ölkəmizin mədəniyyət paytaxtı Şuşanın Cıdır düzündə keçirilən “Xarıbülbül” musiqi festivalı mayın 13-də qala-konsertlə davam edir.

Teleqraf.com xəbər verir ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva festival ifaçılarının çıxışlarını dinləyirlər.


Müəllif: Teleqraf.com