Bu gün xarici işlər naziri Ceyhun Bayramovun İsveç xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri xanım Ann Linde ilə telefon danışığı baş tutub.
Bu barədə Teleqraf.com-a Azərbaycan XİN-dən məlumat verilib.
Tərəflər Azərbaycan və Ermənistan sərhədində baş vermiş gərginliklə bağlı fikir mübadiləsi aparıblar.
Üçtərəfli bəyanatlara riayət olunmasının vacibliyi vurğulanıb.
Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde Azərbaycan və Ermənistan sərhədindəki son vəziyyətlə bağlı Ermənistanın xarici işlər naziri ilə də telefonla danışıb. Bu barədə Ann Linde özünün tvitter səhifəsində yazıb.
“Azərbaycandan olan həmkarım Ceyhun Bayramov və Ermənistandan olan həmkarım Ara Ayvazyanla Azərbaycan və Ermənistan sərhədindəki son vəziyyətlə bağlı telefonla danışdım. ATƏT sədrliyi və şəxsi nümayəndəm vəziyyəti yaxından izləyir”-deyə, o bildirib.