“Rusiya Bakı və İrəvanla daim təmasdadır, Ermənistan-Azərbaycan sərhədindəki gərginliyi aradan qaldırmaq üçün səylər göstərilir”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin üçtərəfli razılaşmalara alternativlərin olmamasının tərəfdarıdır:
”Bilirsiniz ki, Rusiya və Ermənistan tərəfləri davamlı təmasdadır. Biz Bakı ilə də daim təmasdayıq. Prezident üçtərəfli razılaşmaların alternativsiz həyata keçirilməsinin tərəfdarıdır. İndi gərginliyi aradan qaldırmaq üçün güclü səylər göstərilir”.