1 Noyabr 2014 16:49
758
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Şuranın Koordinasiya Mərkəzi yenidən toplanaraq mitinq mövzusunda müzakirələr aparıb, lakin mitinqlə bağlı konkret qərar verilməyib.

Koordinasiya Şurasından öncə isə AXCP-də mitinq müzakirələrinə start verilib. Ancaq partiyada yekun qərar verə bilməyib. Mitinqlə bağlı son qərarın verilməməsinə səbəbin nə olduğu bəlli deyil. Ancaq bəlli olan budur ki, Milli Şurada aksiya keçirməyin əhəmiyyətli olmadığını düşünür. Çünki aksiyaya maksimum 2-3 min insan çıxarıla bilər. Bu isə ictimai-siyasi proseslərə təsir etmək baxımından yetərli hesab oluna bilməz. Məhz bu səbəbdən də aksiya keçirmək məsələsində tərəddüdlər özünü açıq göstərir.

Ancaq adının çəkilməsini istəməyən Milli Şura üzvü hesab edir ki, müzakirələrin bir səbəbi də mitinq təşəbbüsünün başqa partiyaya keçə bilməsi ehtimalı ilə bağlıdır.

Nemət


Müəllif:

Oxşar xəbərlər