Gürcüstanın baş nazir müavini, xarici işlər naziri David Zalkaliani 28 May – Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Teleqraf.com xəbər verir ki, D.Zalkaliani bununla əlaqədar öz tvitter səhifəsində paylaşım edib.
“Qonşumuz, dostumuz və strateji tərəfdaşımız Azərbaycana Respublika Günü münasibətilə ən hərarətli təbriklərimi çatdırıram. Azərbaycan xalqına sülh və firavanlıq arzu edirəm”, – Gürcüstan XİN rəhbəri yazıb.
Gürcüstanın Azərbaycandakı səfirliyi də öz feysbuk səhifəsində təbriklərini bildirib: Gürcüstanın dostu Azərbaycan Respublikasını və Azərbaycan xalqını milli bayram - Respublika Günü münasibətilə ürəkdən təbrik edirik!”