3 Noyabr 2014 11:57
1 416
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 2-si axşam saatlarından başlayaraq, ölkə ərazisində güclü şimal-qərb küləyi əsib, yağış yağıb, bəzi dağlıq və dağətəyi rayonlarda qar yağıb. Bəzi yerlərdə yağıntı intensiv olub.

Bu barədə Teleqraf.com-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib.

Onun sözlərinə görə, ən çox yağıntı Mərkəzi Aran, Lənkəran və Astara rayonlarında müşahidə edilib. Mərkəzi Aranda yağıntının miqdarı aylıq normanın 125%-ni, Lənkəran və Astarada isə 78%-ni təşkil edib. Bakıda isə yağıntı aylıq normanın 100%-ni təşkil edib.

Bəzi rayonlara isə qar yağıb. Xınalıqda qar örtüyünün hündürlüyü 40 sm, Altıağacda 25 sm, Göygöldə 23 sm, Daşkəsəndə 18 sm, Gədəbəydə 7 sm olub.

Abşeron yarımadası və bir sıra rayonlarda güclü simal-qərb küləyi əsib.

A.Verdiyev bu cür hava şəraitinin gözlənilən olduğunu bildirib. Ötən gün Bakıda havanın temperaturu 4-8, Aran rayonlarında 1-7, dağlarda 2 dərəcə təşkil edib.

Bu cür hava şəraiti bu gün və sabah da davam edəcək. Noyabrın 5-dən temperatur nisbətən yüksələcək.


Müəllif:

Oxşar xəbərlər