10 İyun 2021 15:46
1 212
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, bu gündən ibadət yerlərinin fəaliyyətinə icazə verilib. Azərbaycanda karantin rejiminin yumşaldılmasından sonra məscid və ziyarətgahlar müəyyən qaydalarla fəaliyyətini davam etdirəcək.

Heydər Məscidinin axundu Hacı Rüfət Qarayev Teleqraf.com-a açıqlamasında bildirib ki, Operativ Qərargahın və Qafqaz Müsəlmanlar İdarəsinin nizamladığı qaydalar çərçivəsində məscidlərin fəaliyyətinə icazə verilib:

“Allaha həmd olsun, bu gündən məscidlərimizin qapısı namaz qılanların, möminlərin üzünə açılıb. Qaydalara əsasən, 14 yaşdan aşağı uşaqlar məscidə buraxılmır, 14-18 yaş aralığında olanlar COVID-19 pasportu tələb edilmədən məscidə rahatlıqla girə bilirlər.

Digər yaş qrupunda olan insanlarımız COVID-19 pasportunu göstərərək məscidə rahatlıqla girib ibadətlərini edə bilərlər. Təbii ki, məscidə ara məsafəsi üçün insanlara şərait yaradılıb, bunu müəyyən etməkdən ötrü işarələr göstərilib. Hər kəs maska ilə içəri daxil ola bilər. Məscidin içərisində dezinfeksiyaedici məhlullar qoyulub”.

Artıq məsciddə ibadət edildiyini deyən axund pandemiya dönəmində ölkəmizin bir zəfər sevinci yaşadığını da vurğulayıb: “İbadət etdikdən sonra Azərbaycanın bütövlüyü uğrunda canlarını qurban verən bütün şəhidlərimizə Allahdan rəhmət diləyib, dualar etdik. Yaralı qazilərimizin tezliklə şəfa tapmaları üçün dualarımızı əsirgəmədik.

Eyni zamanda dövrümüzün bəlası olan koronovirusdan dünyasını dəyişənlərə rəhmət dilədik, xəstələrimiz üçün Rəbbimizdən şəfa istədik”.


Müəllif: Yeganə Oqtayqızı, Foto: Ceyhun Rəhimov

Oxşar xəbərlər