Türkiyənin Azərbaycandakı Fövqalədə və Səlahiyyətli Səfiri Cahit Bağçı özünün tvitterdəki səhifəsində Milli Qurtuluş Günü münasibətilə paylaşım edib.
Teleqraf.com-un xəbərinə görə, paylaşımda deyilir:
"Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyun ayında hakimiyyətə qayıtmaqla qardaş Azərbaycanımızın suverenliyini xilas etdiyi bu özəl gün münasibətilə hər birinizi təbrik edir, can Azərbaycanın müstəqilliyinin əbədi olmasını diləyirəm".