Naxçıvanla Bakını birləşdirən Zəngəzur dəhlizinin açılması xüsusi əhəmiyyətə malikdir. Dəmir yolu ilə ermənilər də asan şəkildə Moskvaya və dünyaya gedə biləcəklər. Qardaşım İlham Əliyevlə birlikdə təklifimizi ifadə etdik. Bildirdik ki, gəlin, regionun 6 ölkəsinin iştirakı ilə platforma yaradaq.
Teleqraf.com xəbər verir ki, bunu Prezident Ərdoğan Milli Məclisdə çıxışı zamanı bəyan edib.
Türkiyə dövlət başçısı əlavə edib ki, bu platforma ilə birlikdə bölgədə sükunət yaransın, düşmənçilik aradan qalxsın: “Təbii burada Grcüstanın özünə xas sualları varr. Gürcüstan Baş nazirinin Türkiyəyə səfəri zamanı bu mövzuda danışdıq. Bildirdim ki, biz Ermənistanla aramızdakı problemləri bilirik, amma buna rəğmən belə addımın atılmasında problem görmürük. Təbii ki, Gürcüstanın da Rusiya ilə bağlı bəzi problemləri var. Ancaq sıxıntılarınızı aşmaq üçün bu platforma kömək olar. Bu bölgənin sülhə ehtiyacı var. Ermənistan Azərbaycanla problemi həll etdikcə biz də lazımi addımları atacağıq. Türkiyə ilə Ermənistan sərhədlərinin açılmasının Ermənistan üçün nə dərəcədə lazım olduğu ortadadır”. Türkiyə lideri deyib ki, Azərbaycana NATO zirvə görüşündən gəlib: “Uğurlu görüşlərlə bura gəldik. Amma dünyanın problemləri bitmir. Ancaq biz dayansaq, bir və bərabər olarsaq Allah izni ilə bunları həll edərik”.