17 İyun 2021 11:24
746
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi Feysbuk səhifəsində Azərbaycanla bağlı video paylaşıb.

Teleqraf.com xəbər verir ki, videoda Türkiyə liderinin Azərbaycana səfərindən kadrlar yer alıb.

“Qarabağ qələbəsinin Azərbaycana, Qafqaza və dünyaya gətirəcəyi faydaların dəyəri zaman keçdikcə daha yaxşı anlaşılacaq. Çünki bu, dağıdıcılığın yox, inşanın, zülmün yox, ədalətin, kobudluğun yox, kübarlığın, müharibənin yox, sülhün, qanın yox, qəlbin zəfəridir”, - Ərdoğan sosial şəbəkədəki qeydində bildirib.

Qeyd edək ki, Türkiyə liderinin Azərbaycana iki günlük səfəri dünən başa çatıb.

Videogörüntünü təqdim edirik:


Müəllif: Mənsur Rəğbətoğlu