18 İyun 2021 11:14
604
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan "Meliorasiya və Su Təsərrüfatı"ASC-də Azərbaycan-Rusiya Birgə Komissiyasının 20-ci görüşü videokonfrans şəklində keçirilib.

Bu barədə Teleqraf.com-a istinadla xəbər verir.

Məlumata görə, “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında "Samur" transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Sazişə” əsasən yaradılan Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə Azərbaycan-Rusiya Birgə Komissiyasının 20-ci görüşü keçirilib. Görüş COVID-19 koronavirus pandemiyası ilə əlaqədar Azərbaycan "Meliorasiya və Su Təsərrüfatı" ASC-də videokonfrans şəklində keçirilib.

Azərbaycan-Rusiya Birgə Komissiyasının Azərbaycan tərəfindən həmsədri, ASC-nin sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə keçirilən iclasda Səhmdar Cəmiyyətin şöbə müdirləri Əjdər Cavadov, Elxan Hüseyinov və komissiyanın üzvləri Xarici İşlər Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin nümayəndələri iştirak ediblər.

Videokonfrans şəklində keçirilən görüşdə bir sıra məsələlər müzakirə edilib. Belə ki, "Samur" çayının su ehtiyatlarının iki ölkə arasında bölgüsü və monitorinqi, Samur Hidroqovşağının birgə istismarı və digər məsələlərə baxılıb. Müzakirələrin nəticəsində görüləcək tədbirlər barədə birgə müvafiq protokol imzalanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər