İlk dəfə Hindistanda görülən yeni növ koronavirusun (COVID-19) Delta ştammına 100-ə yaxın ölkədə və bölgədə rast gəlinib.
Teleqraf.com xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş katibi Tedros Adanom Gebreisus açıqlayıb.
Baş katib daha asan yayıldığı təsbit edilən Delta ştammının ən azı 98 ölkədə görüldüyünü deyib. O, peyvəndləmə dərəcəsi aşağı olan ölkələrdə variantın sürətlə yayıldığını bildirib.
Gebreisus Delta variantının təhlükəli olduğunu, inkişaf etməyə və mutasiyaya uğramağa davam etdiyini də əlavə edib.