7 İyul 2021 16:46
1 473
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada COVID-19 xəstələrinə qulluq qaydalarını yeniləyib. Yeniliyə əsasən, interleykin-6 (IL-6) blokatorları qrupundakı dərmanları kortikosteroidlərlə birlikdə istifadə edən zaman ağır və kritik vəziyyətdə olan COVID xəstələrinin həyatı xilas olur.

Teleqraf.com-un məlumatına görə, ÜST dərmanlar üzərində aparılan araşdırmaların əhatəli analizin nəticəsi olduğunu və 27 klinik sınaqda iştirak edən 10 mindən çox xəstənin məlumatının nəzərə alındığını açıqlayıb.

Bildirilir ki, 2020-ci ilin sentyabrında ortikosteroidlər tövsiyə olunduqdan sonra COVID-19-a qarşı təsirli olduğu aşkarlanan ilk dərmanlar olub.

Müşahidələr göstərir ki, COVID-19-u ağır keçirənlərin immun sistemi virusa sərt reaksiya verir və xəstələr bu vəziyyətdən zərər görür. Ancaq interleykin-6 (IL-6), sarilumab və tocilizumab adlı bloklayıcı dərmanlar həddən artıq reaksiyanı yatırmaqla xəstənin zərər görməməsi üçün fəaliyyətə keçir.

ÜST dərmanların kritik hallarda ölüm nisbətini 13% azaltdığını açıqlayıb. Hesab olunur ki, bu, hər min xəstə üçün 15 və hər min ağır xəstə üçün 28 daha az ölüm deməkdir.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər