Bu ilin 9 ayı ərzində Azərbaycanda baş vermiş yol qəzalarında 75 nəfər azyaşlı dünyasını dəyişib. 175 nəfər yaralanıb.
Yaralanan azyaşlıların 175 nəfəri 16 yaşına qədər olan uşaqdır. Ölən uşaqların 33 nəfəri piyada keçidi zamanı, 33 nəfəri avtomobil qəzası nəticəsində, 5 nəfəri velosiped, digərləri sürücü qismində olanlardır.
Azyaşlıların qəzalar zamanı ölməsinin səbəblərinə gəldikdə isə Teleqraf.com-a açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirdi ki, baş verən qəzaların günahkarı valideyinlərdir:
“Qəzalarda uşaqların qurban olmasının, habelə yaralanmasının təqsirkarı böyüklərdədir. Belə ki, nəqliyyat vasitəsini idarə edən valideyn uşaqları qabaq oturacaqda, xüsusi qurğu olmadan əyləşdirilər. Hətta avtomobili idarə edən insan uşaqlarını qucağına alaraq avtomobili sürürlər. Nəticədə yol qəzaların baş verməsi halları baş verir. Bu zaman sürücü məsululiyyət daşıyır”
K.Əliyevin sözlərinə görə, Hadisələrin çoxu piyadaların vurulması ilə müşayiət olunub: “Əksər vaxt valideynlər yolu keçən zaman qadağan olunmuş yerdən keçirlər. Bu da yol-nəqliyyat hadisələrinə səbəb olur. Məhz bu cür ehtiyatsızlıqlar nəticəsində uşaqlar yol qəzalarının qurbanı olur”.
İlhamə