22 İyul 2021 11:59
1 323
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstraliyanın Tasmaniya və Viktoriya əyalətlərində ilk dozada “AstraZeneca” peyvəndi almış daha iki nəfər qan laxtalanmasından ölüb.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin müstəqil dərman tənzimləmə agentliyi Terapevtik Məhsullar İdarəsi açıqlama yayıb.

Məlumata görə, Tasmaniyada 44 yaşlı kişi, Viktoriyada 48 yaşlı qadın peyvəndinin ilk dozasını qəbul edən zaman qan laxtalanmasından ölüb.

Bununla da Avstraliyada vaksinasiya başlayandan bəri tətbiq olunan 6.1 milyon doza “AstraZeneca” peyvəndindən ölənlərin sayı 6-ya yüksəlib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər