2 Avqust 2021 11:50
1 499
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birinci Qarabağ Müharibəsi dövründə və ondan sonrakı müddət ərzində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş erməni silahlıları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi məhkəmə prosesi davam etdirilir.

Teleqraf.com xəbər verir ki, Yasamal rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışı ediblər.

Sonra təqsirləndirilən şəxslər son söz deyiblər. Onlar məhkəməyə və istintaqda iştirak edən əməkdaşlara təşəkkür ediblər: "Məhkəmə müddətində bizimlə çox yaxşı davrandılar. Azərbaycan Prezidentindən, Azərbaycan xalqından və məhkəmədən üzr istəyirik. Yalvarırıq ki, bizi bağışlayasınız".

Qeyd edək ki, prokuror hər iki şəxsin 20 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər