Muğlanın Kozağac kəndində bu gün səhər saatlarında şiddətlənən yanğının qarşısı alınıb.
Teleqraf.com-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın Kavaklıdərə kəndi istiqamətindən yayılıb və səhər 04 radələrində güclənib. Könüllülərdən ibarət yanğınsöndürənlərin fəal dəstəyi ilə yanğını lokallaşdırmaq mümkün olub və yanğının kəndə çatmasının qarşısı alınıb.
Könüllü olaraq yanğınsöndürmə əməliyyatına qatılıanlar arasında kənd sakinləri ilə yanaşı, şəhərlərdən gələn müxtəlif peşə sahibləri, o cümlədən tələbələr də var.
Yüksək dağlıq ərazilərdə isə yanğın ocaqları qalmaqdadır və ora müdaxilə etmək həddən artıq çətindir.
Qeyd edək ki, Muğlada Azərbaycanın amfibiya təyyarəsi də yanğınsöndürmədə iştirak edir.