Braziliyada yeni növ koronavirus (COVID-19) başlayandan - 2020-ci ilin yanvarından 2021-ci ilin iyul ayına qədər 300 jurnalist epidemiyadan ölüb.
Teleqraf.com xəbər verir ki, bunu Milli Jurnalistlər Federasiyası (FENAJ) açıqlayıb:
"Dostlarımız peşə borcunu yerinə yetirərkən virus səbəbiylə həyatlarını itiriblər. Ölən dostlarımızı hörmət və minnətdarlıq hissi ilə anırıq”.