7 Noyabr 2014 22:50
917
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Prezidentlərin görüşləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinə kömək edir və bu görüşləri davam etdirmək lazımdır”.

Teleqraf.com-un məlumatına görə, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçiliyi üzərinə götürmüş ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.

“ABŞ adından deyə bilərəm ki, biz Azərbaycan və Ermənistan prezidentlərinin bu görüşləri mütəmadi şəkildə davam etdirmələrini gözləyirik. Onların görüşləri münaqişənin danışıqlar yolu ilə həlli prosesinə kömək edir.

Biz həmçinin gələn ay ATƏT-in Bazeldəki nazirlər görüşü çərçivəsində tərəflərin XİN başçıları ilə bir araya gələcək, bu səviyyədə də görüşləri davam etdirəcəyik. Paris sammitində baş tutan dialoqu inkişaf etdirmək çox vacibdir”, - deyə C. Uorlik qeyd edib.


Müəllif:

Oxşar xəbərlər