Peyvənd edilənlər də edilməyənlər kimi COVID-19-u yayır iddiası Hollandiyada yeni bir araşdırma ilə təkzib edilib.
Teleqraf.com xəbər verir ki, COVID-19-a yoluxan vaksinli insanların boğazında və burnunda yüksək miqdarda virus olmasına baxmayaraq, bu virusların hamısının yoluxucu olmadığı müəyyən edilib.
Araşdırma peyvənd olunmuş 24 min 706 tibb işçisi arasında yüngül və ya asimptomatik delta ştammına yoluxan 161 nəfər müayinə edilib.
Gəlinən nəticəyə görə, peyvənd olunmuş insanlar COVID-19-a yoluxsalar da, onlarda virusu yayma nisbəti azdır.