30 Avqust 2021 16:03
857
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Son 14 gündə Avropanın 33 ölkəsində infeksiya nisbəti 10 faizdən çox artıb”.

Teleqraf.com xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Hans Kluge deyib.

O, mövcud vəziyyətin dərin narahatlıq yaratdığını vurğulayıb: “Bu, xəstəxanalara böyük təzyiq göstərəcək, ölüm sayının çoxalmasına səbəb olacaq".

Klugenin fikrincə, yoluxma və ölüm sayının artması qadağa və məhdudiyyətlərin yumşalması, eləcə də səyahət yollarının açılmasından qaynaqlanır.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər